“Qarabağ”a qol vuran futbolçu “Mançester Siti” və “Çelsi”nin hədəfində
31.10.2023 - 09:05
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer”in futbolçusu Florian Virts daha iki klubun maraq dairəsinə düşüb.
Apasport.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin xidmətində “Mançester Siti” və “Çelsi” maraqlıdır.
İngiltərə nəhəngləri 20 yaşlı istedadın transferi üçün danışıqlara başlamağı planlaşdırır. Hər iki klub bu keçidi qışda reallaşdırmaq niyyətindədir.
Qeyd edək ki, cari mövsüm 13 oyunda 5 qol vuran Virts “Qarabağ”la avrokubok matçında (5:1) 1 qol və 3 assistə imza atıb.
- “Mançester Yunayted”in istədiyi daha bir ulduz
- Millətlər Liqasında fasilə öncəsi son oyunlar: 6 qrupda 12 matç
- Lionel Messinin komandası 1/4 finalda KONKAKAF-la vidalaşdı
- Levandovski "Fənərbaxça"nın təklifini rədd edib
- Rövnəq Abdullayev: “Qarabağ”ın avrokubokadakı uğurlu çıxışı sevinc hissi yaşatdı”
0
0