"Nyukasl" yeni müdafiəçi ilə anlaşdı
14.06.2024 - 13:17
!["Nyukasl" yeni müdafiəçi ilə anlaşdı](https://ww3.apasport.az/storage/news/2024/june/14/big/666c0935ab43a666c0935ab43b1718356277666c0935ab438666c0935ab439.jpg)
Premyer Liqa təmsilçilərindən "Nyukasl" yeni transferini açıqlayıb.
Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə klubu Lloyd Kelli ilə anlaşıb.
Müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.
Kelli yeni klubuna azad agent kimi qoşulub. Lloyd son olaraq "Bornmut"da forma geyinib.
Qeyd edək ki, İngiltərənin U-21 yığmasının sabiq üzvü bundan əvvəl "Bristol Siti" və "Bornmut" klublarında oynayıb.
0
0