“Qarabağ” Avropa Liqasının ikinci qrup mərhələsində “Hakken”in qonağı olacaq.
Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi matçdan qabaq futbolçulardan birinin qayıdışına sevinib.
Belə ki, öncədən Redon Cicanın “Hakken”lə görüşdə meydana çıxmayacağı bildirilmişdi. Amma məlumata görə, albaniyalı futbolçu ehtimal olunandan daha tez hazır duruma gəlib. Belədə, Qurban Qurbanovun şans verəcəyi təqdirdə, onun cümə axşamı “Hakken”ə qarşı oyunda meydana çıxa biləcəyi gözlənilir. Bəhlul Mustafazadə və Marko Veşoviçin isə oynamayacağı dəqiqləşib.
Əlavə edək ki, “Hakken” – “Qarabağ” görüşü oktyabrın 5-də Göteborqdakı “Ullevi” stadionunda keçiriləcək və 23:00-da start götürəcək.
- Vernidub: “Futbolçularda fiziki güc yetərli deyil”
- "Qarabağ"ın yeni transferinin nömrəsi bilindi - FOTOLENT
- PFL və Avropa Peşəkar Futbol Liqaları Birliyi arasında görüş
- “Ayaks”la PSV-yə şərik tapıldı: Niderlandda Alt, yoxsa Üst?
- Bəxtiyar Həsənalızadə: "Millidən dəvət gələcəyinə inanmırdım" - Müsahibə