“Roma” “Çelsi”nin hücumçusu Romelu Lukakunu icarəyə götürə bilər.
Apasport.az-ın məlumatına görə, klublar arasında danışıqlar başlayıb.
Roma klubunun baş direktoru Lina Suluku bu gün Londona səfər edərək, “Çelsi”nin rəhbərliyi ilə görüşüb. Romalılar Belçika yığmasının hücumçusunu transfer etməkdə maraqlı deyil. Onlar Lukakunun maaşının bir hissəsinin “zadəganlar” tərəfindən ödəniləcəyinə ümid edirlər.
Qeyd edək ki, Romelu “İnter” və “Yuventus”la danışıqlar aparsa da, sonda yekun razılaşma əldə olunmayıb. 2023/24 mövsümünü icarə əsasında “İnter”də keçirən belçikalı 37 oyunda komandanın şərəfini qoruyub.
- Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? - SORĞU
- Millimiz Serbiya ilə qarşılaşacaq - YENİLƏNİR
- Paris-2024 Yay Olimpiya Oyunlarına hakimlər Bakıdakı dünya çempionatında seçiləcək
- "Qarabağ"ın daha bir oyunçusu zədələndi
- DÇ: Əli Cavadlı finala yüksəldi - İranlı rəqibi görüşə çıxmadı