“Qarabağ”da durğunluq: TRANSFERLƏR GÖZLƏMƏDƏ
08.04.2026 - 13:11
“Qarabağ”da durğunluq: TRANSFERLƏR GÖZLƏMƏDƏ

Misli Premyer Liqasında turnir cədvəlində “Sabah”dan geri qalan “Qarabağ”da transfer işləri yaxşı getmir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, klubun potensial transfer işlərində axsamalar yaranıb.

Buna əsas səbəb komandanın növbəti mövsüm üçün Çempionlar Liqası şanslarının aşağı olmasıdır. 

Belə olan halda, Ağdam təmsilçisinin istədiyi futbolçular yüksək məvacib tələb edirlər. 

“Qarabağ” isə mövcud vəziyyətdə mövsümün sonunu gözləyir. “Köhlən atlar” avrokuboklarda çıxış edəcəkləri turnir bəlli olduqdan sonra konkret transfer işlərinə başlayacaq.