“Barsa”nın futbolçusu zədələndi - 5 həftə oynamayacaq
28.03.2026 - 14:22
“Barselona”nın futbolçusu Rafinya sıradan çıxıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı vinger milli komandanın düşərgəsində olarkən budun arxa əzələsindən zədə alıb.
29 yaşlı oyunçu təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Rafinya bu mövsüm “Barselona”nın heyətində keçirdiyi 31 rəsmi matçda 19 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
- Millimiz “Qalatasaray”ı məğlub edib
- Stolüstü tennis üzrə ölkə çempionatına start verilib
- "Şamaxı" "Sabah"ı əliboş yola saldı - YENİLƏNİB
- Millimizin voleybolçusu: "Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu"
- “Formula-1”i izləmək üçün 2 min qazi və şəhid ailəsi üzvünə pulsuz bilet verildi
0
0