“Qarabağ”da yeni müqavilə - LEGİONERLƏ BAĞLI QƏRAR VERİLDİ
06.02.2025 - 23:34
“Qarabağ” legionerlərindən birini razı salmağı bacarıb.
Apasport.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi Patrik Andradeyə yeni müqavilə təklif edib.
Məlumata görə, tərəflər arasında ilkin razılıq əldə olunub. “Qarabağ” Julio Romaonun da gedişini nəzərə alaraq, Patriklə tez bir zamanda yeni müqavilə imzalamaq istəyir.
Hazırda tərəflər arasında şifahi razılıq əldə olunub.
31 yaşlı futbolçunun “Qarabağ”la müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, daha bir il bu komanda üçün oynayacaq.
- İngiltərə kubokunun 1/4 finalında derbi həyəcanı
- Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurublar
- Alberto Blanko: “Layiqli qələbə qazandığımıza görə çox sevinirəm”
- Sahil Babayev Avropa Oyunlarında medal qazanan boksçularla görüşdü
- Krakov-2023: Azərbaycan 25-ci pillədə - MEDAL SİYAHISI
0
0