!["Qarabağ"ın legioneri həftənin ən yaxşısı adına namizəddir](https://ww3.apasport.az/storage/news/2024/march/08/big/65eab2d35529a65eab2d35529b170988001965eab2d35529865eab2d355299.jpg)
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizəd olan 4 futbolçunun adını açıqlayıb.
Apasport.az xəbər verir ki, siyahıda "Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo da yer alıb.
Ağdam təmsilçisinin üzvü həftənin ən yaxşısı seçilmək uğrunda "Roma"nın italiyalı yarımmüdafiəçisi Stefan El-Şaaravi, "Marsel"in qabonlu forvardı Pyer-Emerik Obameyanq və "Liverpul"un uruqvaylı hücumçusu Darvin Nunyeslə mübarizə aparacaq.
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində müəyyənləşəcək.
Juninyo martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda "Bayer"ə qarşı keçirilən matçda (2:2) 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.