"Qarabağ"ın matçından öncə konsert keçiriləcək
16.01.2025 - 13:55
!["Qarabağ"ın matçından öncə konsert keçiriləcək](https://ww3.apasport.az/storage/news/2025/january/16/big/6788d6a6d47a36788d6a6d47a417370210946788d6a6d479a6788d6a6d47a2.png)
“Qarabağ” 2025-ci ilin ilk rəsmi oyununda azarkeşlər üçün konsert şousu təşkil edəcək.
Apasport.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.
Tədbir Misli Premyer Liqasının XIX turunun "Qarabağ" - "Şamaxı" oyununun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Canlı konsert Mərdan Kazımovun iştirakı ilə keçiriləcək.
Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" matçı saat 19:00-da start götürəcək.
0
0