!["Qarabağ"ın oyununun biletləri satışda](https://ww3.apasport.az/storage/news/2024/october/26/big/671cbaa2a6c09671cbaa2a6c0a1729936034671cbaa2a6bfc671cbaa2a6c08.jpg)
Premyer Liqanın XI turu çərçisində keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun biletləri bu gün saat 13:00-dan etibarən satışdadır.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığında dəyişir.
Biletlər bu gün iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 60 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Şamaxı" qarşılaşması sabah saat 19:00-da "Azersun Arena"da baş tutacaq.