"Qarabağ"ın qapıçısı ərəblərin diqqətində
11.01.2024 - 14:56
!["Qarabağ"ın qapıçısı ərəblərin diqqətində](https://ww3.apasport.az/storage/news/2024/january/11/big/659fbeb29da3a659fbeb29da3b1704967858659fbeb29da38659fbeb29da39.jpg)
"Qarabağ"ın qapıçısı Andrey Lunyova təkliflər gəlməyə davam edir.
Apasport.az saytına verilən məlumata görə, rusiyalı qolkiper indi də BƏƏ-dən təklif alıb.
Belə ki, Dubayın "Əl-Vəsl" klubu Lunyovla maraqlanır. Ərəblər yayda Andrey üçün "Qarabağ"a təklif göndərəcək.
Qeyd edək ki, hazırda rusiyalı futbolçunun "Qarabağ"la müqaviləsi qüvvədədir. O, Ağdam təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
0
0