“Qarabağ”ın qələbəsi Azərbaycanın xal ehtiyatını artırdı
31.07.2024 - 10:42
![“Qarabağ”ın qələbəsi Azərbaycanın xal ehtiyatını artırdı](https://ww3.apasport.az/storage/news/2024/july/31/big/66a9dcba8572d66a9dcba8572e172240812266a9dcba8572b66a9dcba8572c.jpg)
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Linkoln”u məğlub etməsi Azərbaycanın UEFA reytinqindəki xallarını artırıb.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın 5:0 hesablı qələbəsi reytinqə 0,250 xal əlavə edib. Azərbaycan hazırda 18,000 xalla 24-cü sıradadır.
23-cü sıradakı Rusiyanın 18,299, 25-ci pillədəki Slovakiyanın isə 17,875 xalı var.
Siyahıya 89,160 xalla İngiltərə başçılıq edir.
0
0