"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, hazırlıq prosesinin ikinci mərhələsinə Türkiyənin Antalya şəhərində start verəcək "köhlən atlar" ilk olaraq yoxlama oyununda, yanvarın 12-də Özbəkistanın "Neftçi" (Fərqanə) klubu ilə üz-üzə gələcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti sınağı Polşanın "Zaqlebie Lubin" kollektivinə qarşı olacaq.
Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 18:00 və 19:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.
- Azərbaycan Atletika Federasiyasının rəhbərliyi “World Athletics”də
- Kabo-Verde yığması ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb
- Malavi qalib gələcək, Bolqarıstanda qarşılıqlı qol olacaq - PROQNOZ
- Sabiq “Neftçi”li Premyer Liqaya qayıdır - ÖZƏL
- Elneni Səudiyyə Ərəbistanına səfər edə bilər