“Qəbələ” israilli futbolçu ilə yollarını ayırıb
19.04.2024 - 13:04
“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2022-ci ilin iyulundan bölgə klubunda çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.
- "ROX" avtomobilləri Azərbaycanda "25 000 km İpək Yolu Turu"nu uğurla başa vurdu - FOTO
- Olimpiada-2030: Ev sahibi nə vaxt müəyyənləşəcək?
- "Abşeron Lions" kapitanı ilə müqavilə müddətini uzadıb
- İlk dəfə kata üzrə Azərbaycan birinciliyi keçiriləcək
- Erik Ten Haqın növbəti "qurbanı" - Bundesliqa klubunu çalışdıra bilər
0
0