
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün növbəti avrokubok matçını keçirib.
Apasport.az xəbər verir ki, UEFA Gənclər Liqasında mübarizə aparan “qırmızı-qaralar” Çempionlar yolunun II mərhələsinin ilk oyununa çıxıb.
Famil Xəlilovun yetirmələri “Olimpiakos”la görüşüb. Qəbələ şəhər stadionunda baş tutan matçdan Yunanıstan təmsilçisi qalib ayrılıb: 0-3
Qeyd edək ki, komandalar arasında cavab oyunu noyabrın 29-da baş tutacaq.
UEFA Gənclər Liqası
Çempionlar yolu, II mərhələ
İlk oyun, 8 noyabr
16:00. “Qəbələ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan) 0-3
Qol: Mouzakitis, 4, Kostoulas, 65, Darviras, 87
Baş hakim: Qoqa Kikaçeişvili
Baş hakimin köməkçiləri: David Axvlediani, Davit Qabisoniya (hamısı Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
Qəbələ şəhər stadionu
- Şahin Diniyev: "Avstriya və Azərbaycan futbolu arasında yerlə göy qədər fərq var" - MÜSAHİBƏ
- Afrikanın ən yaxşısı kim olacaq?
- Bəxtiyar Həsənalızadənin komandası səfərdə xal itirdi
- Bolqarıstan Azərbaycanla matça itki ilə çıxacaq
- Aslan Kərimov: "2 futbolçunun cəzalı olması komandaya təsir göstərəcək" - Müsahibə