“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib
01.01.2025 - 16:16
![“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib](https://ww3.apasport.az/storage/news/2025/january/01/big/67751afc30cc067751afc30cc1173572786867751afc30cbe67751afc30cbf.png)
“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib.
Apasport.az xəbər verir ki, I Liqada XI turun dekabrın 24-də keçirilən “Mingəçevir”lə səfərdə keçirilən oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” yanvarın 9-da bir araya gələcək.
Komanda qış təlim-məşq toplanışını Qəbələdə gerçəkləşdirəcək.
Hazırlıq prosesində üç yoxlama oyunu nəzərdə tutulub.
Qeyd edək ki, “Qəbələ” 11 turdan sonra 29 xalla I Liqanın lideridir.
0
0