“Quba”nın matçının stadionu dəyişdirildi
28.02.2026 - 22:31
1 mart tarixində II Liqanın 16-cı turu çərçivəsində keçirilməsi nəzərdə tutulan “Quba” - “Kür-Araz” oyununun yeri dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Quba şəhərində müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən Quba Olimpiya İdman Kompleksinin stadionunun oyuna hazır vəziyyətə gətirilməsi mümkün olmadığından, hər iki klubun qarşılıqlı razılığı əsasında oyunun Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirilməsi qərara alınıb. Oyunun başlama saatı ilə bağlı dəyişiklik yoxdur.
- “Beşiktaş” Türkiyə millisinin üzvü ilə maraqlanır
- Asiya Açıq Turnirində Azərbaycanı 27 cüdoçu təmsil edəcək
- "Qarabağ"ın Transfer Hədəfi Kimdir? Stoykanı Yaxından Tanıyaq - ARAŞDIRMA
- Çempionlar Liqası: I təsnifat mərhələsində son 6 oyun
- Heydər Əliyevin xatirəsinə həsr olunan turnirdə ilk yarımfinalçılar bəlli olub
0
0