Qurban Qurbanov dünya reytinqində irəlilədi
06.12.2023 - 12:32
![Qurban Qurbanov dünya reytinqində irəlilədi](https://ww3.apasport.az/storage/news/2023/december/06/big/657031b0db3b9657031b0db3ba1701851568657031b0db3b7657031b0db3b8.jpg)
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvəldə fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis yer alıb.
Son 4 ilin nəticələrinə əsasən tərtib olunan cədvəldə Azərbaycanı bir məşqçi ilə təmsil edib. Bu, 15 ildir “Qarabağ”ı çalışdıran Qurban Qurbanovdur.
51 yaşlı mütəxəssis 1594 xalla dünyada 198-cidir. O, ötən cədvəllə müqayisədə 1 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2193 xalı olan Pep Qvardiola başçılıq edir.
0
0