Kriştano Ronaldo Səudiyyə Ərəbistanı çempionu olmaq şansını itirib.
Apasport.az saytı xəbər verir ki, portuqaliyalı futbolçunun çıxış etdiyi “Əl-Nəsr” sona bir tur qalmış liderdən 5 xal geri qalıb.
Çempionatın 29-cu turunda “Əl-Nəsr” səfərdə xal itkisi ilə üzləşib. “Əl-İttifaq”ın qonağı olan Ronaldonun komandası bir xalla kifayətlənib. Kriştiano 90 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib.
Lider “Əl-İttihad” səfərdə böyükhesablı qələbə qazanaraq (3:0), çempionluğu rəsmiləşdirib.
Qeyd edək ki, qalmaqallı şəkildə “Mançester Yunayted”i tərk edən Ronaldo növbəti dəfə mövsümü titulsuz bitirib.
29-cu tur
“Əl-İttifaq” - “Əl-Nəsr” – 1:1
“Əl-Feyha” - “Əl-İttihad” – 0:3
- "Neftçi" baş məşqçisi ilə yollarını ayırdı: Komandaya gürcü rəhbərlik edəcək
- "Neftçi" Kilan Lebonla yolları ayırıb - Rəsmi
- "Fənər" Edersona təklif göndərdi, "Qalatasaray" azarkeşləri Dursun Özbeki istefaya səslədi
- Ronaldo rəsmən “Sumqayıt”da! - "Gənclik" şəhərindən yeni transfer
- Milli komandaların hazırlıq prosesi davam edir