Qurban Qurbanov: "Futbolçular hirslənirdilər"
30.10.2022 - 17:00
![Qurban Qurbanov: "Futbolçular hirslənirdilər"](https://ww3.apasport.az/storage/news/2022/october/30/big/635e74f9c6aa4635e74f9c6aa51667134713635e74f9c6aa2635e74f9c6aa3.jpg)
“Vacib qələbə qazandıq".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XII turunda “Şamaxı”nı səfərdə 4:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
50 yaşlı mütəxəssis "CBC Sport" telekanalına açıqlamasında bunları deyib: “Hesab arasındakı fərq böyük görünə bilər. Ancaq futbolçular əziyyət çəkdilər. Xüsusən də, meydanın durumu ilə bağlı çətinliklər oldu. İlk hissədə topu ram etmək olmurdu. Futbolçularımız istər-istəməz hirslənirdilər. Amma ümumən burada olmaq xoş idi".
0
0