"Qarabağ" Avropa Liqası Liqa fazasının 8-ci turu çərçivəsində sabah Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalitlərin suallarını cavablandırıb:
- Son matçımızdır. Çox ciddi rəqibə qarşı oynayacağıq. "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdır. Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdür. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq.
- 16 ildir "Qarabağ"da çalışırsız. Bütün müddət ərzində belə bir komanda yaratmaq üçün bu gücü haradan alırsız?
- Əlbəttə ki, asan deyil. Futbol kollektiv oyundur. İşin gedişatında daim dəyişikliklər olmalıdır. Yeni simalar, yeni futbolçular seçirsən. Mənim bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Bizim yaxşı rəhbərimiz, idarəçilərimiz var. Komanda formalaşdırmaqda həmişə mənim yanımda olublar. Mütləq şəkildə daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Əgər əziyyət çəkirsənsə, Allah mütləq əziyyətin qarşılığını verir.
- “Napoli”nin futbolçusu: “Qarabağ" keyfiyyətli komandadır”
- Azərbaycan taekvondoçusu: “Olimpiadada da uğurlu çıxış edəcəm”
- Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb
- Messinin qol vurduğu qapıçılara hədiyyə göndərildi - FOTO
- “Espanyol” azarkeşləri “Barselona” ilə oyun üçün siçanlarla təxribat hazırlayır