Qurban Qurbanovdan rumıniyalı məşqçilərə məsləhət
22.01.2025 - 19:30
![Qurban Qurbanovdan rumıniyalı məşqçilərə məsləhət](https://ww3.apasport.az/storage/news/2025/january/22/big/67910fddd558967910fddd558a173756002967910fddd557d67910fddd5588.jpeg)
Avropa Liqasının VII turu davam edir.
Apasport.az xəbər verir ki, "Qarabağ" sabah FKSB-ni qəbul edəcək.
Matçdan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Tədbir zamanı rumıniyalı jurnalist mütəxəssisə maraqlı sual ünvanlayıb.
- Rumıniyada klublar tez-tez baş məşqçini dəyişirlər. Adətən məşqçilər maksimum 2 il işləyir. Onlara məsləhətiniz nə olardı?
- Bəlkə Rumıniyada məşqçilər çoxdur deyə, bu qədər dəyişikliklər edirlər. Özüm barədə isə danışmayacam (gülür).
0
0