![Rəmiş Malıyevə federasiyada VƏZİFƏ VERİLDİ](https://ww3.apasport.az/storage/news/2022/december/26/big/63a98d2ae550463a98d2ae5505167205610663a98d2ae550063a98d2ae5502.jpg)
Azərbaycan Pankration, Qrappinq və MMA Federasiyasının Hesabat Konfransı keçirilib.
Apasport.az saytının məlumatına görə, tədbir 2022-ci ilin yekunlarına həsr olunub.
Federasiya prezidenti Azad Əsgərov əldə olunan uğurlar barədə məlumat verdikdən sonra İdarə Heyəti və növləri üzrə vitse-prezidentlər müəyyənləşib. Rəmiş Malıyev baş katib, Hüseynəli Abbaslı qrapplinq üzrə I vitse-prezident seçilib. Kamil Qocayev qrapplinq, Çingiz Kişiyev MMA, Rəşad Seyfəddinov MMA və pankration üzrə vitse-prezident olub.
Tədbirdə 2022-ci ilin ən yaxşıları da mükafatlandırılıb. Ən yaxşı idmançılar, həmçinin “İlin məşqçisi”, “İlin klubu”, “İlin hakimi” və “İlin Media qurumu” nominasiyaları üzrə qaliblər təltif edilib.