Ruslan Abışov doğma komandasında vida matçına çıxacaq
16.11.2023 - 00:53
Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Ruslan Abışov doğma komandasında vida matçına çıxacaq.
"Ağ-qaralı" klubdan apasport.az saytına verilən məlumata görə, 36 yaşlı keçmiş yarımmüdafiəçi "flaqman"ın Bakıda "Zenit"ə qarşı keçirəcəyi yoldaşlıq oyununda meydanda olacaq. Bununla bağlı klub tərəfindən video da hazırlanıb.
Qeyd edək ki, noyabrın 18-də baş tutacaq "Neftçi" - "Zenit" qarşılaşması saat 21:00-da başlayacaq. Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib, 2011-ci və 2012-ci illərdə bu komandanın heyətində Azərbaycan çempionu olub.
- Danışılmış oyunlarla bağlı seminar keçirilib
- Türkiyə klubu Qubada təlim-məşq toplanışında
- Felipe Santos: "Qəbələ" kuboku qazanan komandanın özəyini qoruyub saxlasaydı..." - Müsahibə
- “Sumqayıt”dan inamlı qələbə ilə start - YENİLƏNİB
- “Eqnatiya”nın prezidenti: “Onu heyətində görmək istəyən böyük məbləğ ödəməlidir”
0
0