La Liqa klubunda yeni təyinat - RƏSMİ
28.10.2026 - 23:42
La Liqa klubunda yeni təyinat - RƏSMİ

“Espanyol” yeni baş məşqçisini açıqlayıb.

Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisi Eder Sarabia ilə anlaşıb.

Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə 2028-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalanıb.

Xatırladaq ki, “Espanyol” İspaniya Kubokunda IV liqa təmsilçisi “Sestao”ya 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırdıqdan sonra Manolo Qonsaleslə yollarını ayırıb. Komanda 2026/27 mövsümündə keçirdiyi 11 oyunun yalnız ikisində qələbə qazanıb. 

Qeyd edək ki, Eder Sarabia daha əvvəl “Las-Palmas”, “Betis” və “Barselona” klublarında Kike Setyenin köməkçisi kimi çalışıb. O, baş məşqçi kimi isə “Andorra” və “Elçe” komandalarına rəhbərlik edib.