“Sabah” “50”yə çatdı
08.04.2026 - 10:41
“Sabah” Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVI turuna təsadüf edib.
Bakı klubu “Araz-Naxçıvan”a 4:2 hesabı ilə qalib gəlib.
“Sabah” 120-ci səfərində “50”yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də “Şamaxı” üzərində qazanıb – 1:0.
“Sabah” turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə “Şəmkir”ə çatıb.
- Millimizin üzvü oynamadı, komandası qələbə qazandı
- Millimiz Belarus yığmasına qalib gəlib
- DÇ: “Borussiya”dan heç-heçə, “River Pleyt”dən inamlı qələbə - YENİLƏNİB
- Millimizin Belarusla oyunlarının yeri və hakimləri müəyyənləşib
- "Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə
0
0