1 milyard avroluq futbolçu
28.11.2022 - 15:40
“Barselona” müdafiəçisi Alexandro Balde ilə yeni müqavilə imzalamaq ərəfəsindədir.
Apasport.az saytının məlumatına görə, kataloniyalılar artıq yeni sazişin şərtlərini hazırlayır.
Plana əsasən, 19 yaşlı sol cinah oyunçusu ilə 5 illik anlaşma olmalıdır. Müqavilədə sərbəst qalma bəndi isə 1 milyard avro göstəriləcək. Baldenin “Barsa” ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan və ötən ildən əsas komandaya cəlb olunan Alexandro Balde hazırda İspaniya millisinin heyətində dünya çempionatında iştirak edir.
- Paris-2024: Bu gün 6 idmançımız mübarizəyə başlayır
- Hidayət Heydərov reytinq cədvəlinə liderlik edir
- İspaniya 8 ildir, İtaliyaya məğlub olmur - Statistika
- “Qalatasaray” öz meydanında uduzdu, “Mançester Yunayted”dən ilk qələbə
- “Quba”nın basketbolçusu: “Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır”
0
0