“Sabah” legionerlərindən bir neçəsi ilə yoluna davam etməkdə maraqlıdır.
Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi Kahem Parrisi heyətdə saxlamaq istəyir.
Hazırda bununla bağlı “Dinamo”(Kiyev) ilə danışıqlar gedir. Yamaykalı futbolçu mövsümün əvvəlində Ukrayna nəhəngindən bir illik icarəyə götürülüb. “Dinamo” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan 24 yaşlı futbolçunun yeni sezona “Sabah”da başlayıb-başlamayacağı yaxın vaxtlarda dəqiqləşəcək. Parris Yamaykanın “Kavalye”, “Domjale”, “Krka”, “Koper”(hamısı Sloveniya) klublarında oynadıqdan sonra 2022-ci ildə “Dinamo”ya keçib.
- Cüdo Federasiyası kəmər dərəcələri üzrə imtahan keçirib
- XİN BOK-u İrəvanda Azərbaycan bayrağının yandırılmağı ilə bağlı insidenti pisləməyə çağırdı
- Əmrah Çəlikəl: “Üçüncü ulduzumuzu da görmək istəyirəm”
- Fiziyev Oliveyra ilə döyüşə niyə çıxmadı? - ÖZÜ AÇIQLADI
- Paris-2024: Parataekvondoçumuz bürünc medal uğrunda görüşə çıxacaq