“Sabah”dan növbəti transfer - RƏSMİ
01.08.2026 - 22:24
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq.
20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan transfer edilib.
Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
Futbolçu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25) və Türkiyənin "Serikspor" (2026) komandalarında çıxış edib.
- Bədii gimnastika hakimlərimiz 1-ci kateqoriyaya layiq görülüblər
- “Böyük Dəbilqə”də iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib
- Azərbaycanlı pilot beynəlxalq yarışın qalibi olub - FOTO
- Şəhriyar Əliyev: "Digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb" - Müsahibə
- "Arsenal" "Barselona"nın keçmiş yarımmüdafiəçisini transfer edə bilər
0
0