"Sabah"ın legionerindən yubiley qolu
25.11.2024 - 10:14
Coy-Lens Mikels “Sabah”ın heyətində 40-cı qolunu vurub.
Apasport.az xəbər verir ki, 30 yaşlı almaniyalı legionerin yubileyi Misli Premyer Liqasının XIV turunun “Turan Tovuz”la görüşünə təsadüf edib.
O, komandasının bərabərlik qolunun müəllifi olub.
Coy-Lens Bakı klubunda keçirdiyi 86-cı oyunda 40-cı dəfə fərqlənib. O, Premyer Liqada 35 (74 oyun), ölkə kubokunda 3 (6 oyun), avrokuboklarda 2 (6 oyun) dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Mikels “Sabah”ın tarixində ən məhsuldar oyunçudur.
- Aziz Yıldırım: “İsmail Kartal işinin başındadır”
- Azərbaycanın yeniyetmə güləşçiləri Estoniyada 5 medal qazanıblar
- 2 boksçumuz Avropa çempionu olub, 2-si bürünc medal qazandı
- Kurban Berdıyev: "Təəssüf ki, o səhvi biz buraxdıq"
- Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
0
0