“Sabah”ın legionerləri milliyə çağırılıb
13.03.2025 - 22:53
“Sabah”da çıxış edən iki legioner öz ölkələrinin milli komandalarına dəvət alıblar.
Apasport.az xəbər verir ki, qapıçı Stas Pokatilov Qazaxıstan və yarımmüdafiəçisi Vinsent Till isə Lüksemburq yığmasında oynamaq imkanı əldə ediblər.
Qazaxıstan yığması DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində səfərdə martın 22-də Uels, martın 25-də Lixtenşteynlə qarşılaşacaq.
Lüksemburq millisi isə martın 22-də İsveç, martın 25-də İsveçrə millisi ilə yoxlama oyununda üz-üzə gələcək.
- Saşa İliç: “Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq”
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- "Difai" heyətini yeni oyunçu ilə gücləndirib
- Dünya mediası "Qızıl top" barədə nə düşünür? - ARAŞDIRMA
- Kenan Yıldız üzr istədi - “Bu qəbuledilməzdir”
0
0