Sabiq "Barselona"lı məhkəmə qarşısında - 9 ilədək həbs...
05.02.2024 - 17:06
![Sabiq "Barselona"lı məhkəmə qarşısında - 9 ilədək həbs...](https://ww3.apasport.az/storage/news/2024/february/05/big/65c0df8b2b02165c0df8b2b022170713895565c0df8b2b01f65c0df8b2b020.jpg)
"Barselona"nın sabiq ulduzu Dani Alveş həbs oluna bilər.
Apasport.az "Relevo"ya istinadla xəbər verir ki, 40 yaşlı braziliyalı gecə klubunda əylənərkən qıza hücum etməkdə ittiham olunub.
Mətbuata görə, ulduz futbolçuya 9 ildən 12 ilədək həbs cəzası verilə bilər. Məhkəmə zərərçəkənə pul təzminatının ödənilməsini tələb edib.
Qeyd edək ki, Alveş karyerası ərzində "Sevilya", "Barselona", "Yuventus", "PSJ", eləcə də Braziliya klublarında çıxış edib.
0
0