“Şahdağ Qusar”da yeni idman direktoru
03.06.2026 - 16:52
“Şahdağ Qusar”da yeni idman direktoru

Futbol üzrə Azərbaycan I Liqa təmsilçisi “Şahdağ Qusar”da yeni təyinat reallaşıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Məhəmməd Bədəlbəyli idman direktoru vəzifəsinə təyin olunub.

“Neftçi”nin yetirməsi olan mütəxəssis bütün yaş qruplarında Azərbaycan çempionluğu yaşayıb. Peşəkar futbolçu karyerası ərzində xüsusilə Birinci Liqada zəngin təcrübə qazanan Bədəlbəyli MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Şuşa”, ”Lokomotiv” və ”Binə” klublarının şərəfini qoruyub. O, “Neftçala”nın heyətində Birinci Liqanın qalibi olduqdan sonra Premyer Liqa təmsilçisi AZAL-a transfer edilib.

Məhəmməd Bədəlbəyli legioner həyatı da yaşayıb. O, Türkiyənin ”Türk Birlikspor” və ”Bingölspor” klublarının formalarını geyinib.

Məşqçilik fəaliyyətinə Leon Uşaq Futbol Klubunda başlayan Bədəlbəyli daha sonra Qarabağ Akademiyasının U-17 və U-19 komandalarında çalışıb.