“Şahdağ” Turizm Kompleksində keçirilən Xizək Alpinizmi üzrə Dünya Kuboku start götürüb.
Apasport.az xəbər verir ki, ilk yarış günündə idmançılar sprint növü üzrə mübarizə aparırlar.
Azərbaycanı turnirdə Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edirlər.
Dünya Kubokunda Fərdi Neytral İdmançılar (AİN) olmaqla, 26 ölkədən 130-a yaxın idmançı qüvvəsini sınayır. Atletlər yanvarın 11-də vertikal və 13-də isə individual növlər üzrə güclərini yoxlayacaqlar.
Qeyd edək ki, Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün kvalifikasiya yarışlarından biri hesab edilir. Gənclər və İdman Nazirliyinin dəstəyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və Şahdağ Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 13-də yekun vurulacaq.
- Apellyasiya Komitəsi şahmat üzrə Azərbaycan çempionatında keçirilmiş partiyanın nəticəsini dəyişib
- "Tottenhem"dən müqavilə planı
- DÇ: “Yuventus” və "Siti"dən darmadağın, “Real”dan inamlı qələbə - YENİLƏNİB
- Qəza keçirən idmançı Paris-2024-də iştirak etməyəcək
- "Sassuolo"nun hücumçusu "Fənərbaxça"nın hədəfində: 15 milyon avro tələb edirlər