
Azərbaycan Boks Federasiyasının (ABF) nümayəndə heyəti Naxçıvanda Muxtar Respublikanın Boks Federasiyasının fəaliyyəti ilə tanış olub.
ABF-dən apasport.az saytına verilən məlumata görə, qurumun prezidenti Sahil Babayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı, Naxçıvan Boks Federasiyasının sədri, ABF-in vitse-prezidenti Məhərrəm Talıbovla birgə müxtəlif yaş qrupları üzrə komandaların məşqini izləyiblər.
Federasiya rəsmiləri hazırlıqda iştirak edən qız və oğlan boksçularla, eyni zamanda onların məşqçiləri ilə də görüşüblər. Görüşdə idmançılar və çalışdırıcıların bu idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı təklifləri dinlənilib, müvafiq tövsiyə və tapşırıqlar verilib.
Ardınca federasiyalar arasında əməkdaşlıq, beynəlxalq yarışlarda iştirak, Naxçıvan Muxtar Respublikasında boksun daha da kütləviləşməsi, məşqçi və hakimlərin səviyyələrinin artırılması istiqamətində müzakirələr aparılıb.
Sonda boksçulara hədiyyələr verilib.
- İspaniyalı hücumçu "Latsio"dan ayrılacaq
- Mourinyo daha əvvəl çalışdırdığı 3 ulduzla maraqlanır
- Braziliyalı idmançı dopinqə görə diskvalifikasiya edilib
- Azərbaycanın ən güclü yeniyetmə boksçuları bəlli olub
- Qismət Alıyev: "Oyunlar göstərir ki, seçmə mərhələlərdə daha yaxşısını edə bilərik" - Müsahibə