"Səbail" Azərbaycan Premyer Liqasının 28-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Apasport.az xəbər verir ki, Bayıl təmsilçisinin baş məşqçisi Şahin Diniyev oyundan sonra keçirilən mətbuat konfransında açıqlama verib:
"Maraqlı oyun izlədik. Nəticəni ədalətli hesab edirəm. Hər iki komanda məğlub ola da bilərdi, qələbə qazana da bilərdi. "Turan Tovuz" inkişaf edən komandadır. Rəqibin yaxşı hücum xətti var. Daha sürətli oynamağa çalışırlar. Bizim üçün çətin idi, müdafiədə səhvlərimiz oldu. Oyun dinamik keçdi. Heç bir komanda kompromisə getmək istəmirdi. 6 xallıq oyun idi. Qazanılan 1 xal bizim üçün qızıla bərabərdir, çempionatımın sonunda bizə kömək edəcək".
- "Liverpul" - "Qarabağ" matçının hakimləri bəlli olub
- Fabio Kannavaro: “Bu, faciə hesab edilməlidir”
- 18 yaşadək voleybolçu qızlar və oğlanlar arasında Azərbaycan çempionatı başa çatıb
- Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turnirinin açılış mərasimi keçiriləcək
- Daha iki şahmatçımız Dünya kubokunda