“Şamaxı” tanınmış futbolçunun qardaşını transfer edib
20.07.2024 - 14:21
“Şamaxı” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan apasport.az-a verilən məlumata görə, bölgə təmsilçisi belçikalı hücumçu Conatan Bentekeni heyətinə qatıb.
34 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Conatan Benteke son olaraq Lüksemburqun “Union Titus Petanj” klubunda çıxış edib. O, Belçika millisi və İngiltərənin “Liverpul” klubunun sabiq hücumçusu Kristian Bentekenin qardaşıdır.
- İdman jurnalistləri arasında intellektual turnir keçirilib
- Çempionlar Liqası: “Mançester Siti”dən məğlubiyyət, “Milan” Madriddən qalib dönür - YENİLƏNİB
- "Çelsi" 21 yaşlı fransalı ilə maraqlanır
- Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək
- Avropa çempionatında iştirak edəcək 6 karateçimiz bəlli oldu
0
0