Misli Premyer Liqasının XVI turunun "Sumqayıt" - "Neftçi" oyununda xoşagəlməz hadisə baş verib.
Apasport.az xəbər verir ki, meydan sahiblərinin azarkeş qruplarından olan "Ultras Sumqayıt" matçboyu "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovun ünvanına təhqiramiz ifadələr səsləndiriblər.
Fan-klub bu gün məsələ ilə bağlı bəyanat yayıb. Bəyənatda azarkeşlərin mütəxəssisdən üzr istədiyi bildirilib:
“Sumqayıt” - “Neftçi” matçından öncə bizə daxil olan məlumatdan sonra Samir Abasovun klubdan gedişi ilə bağlı ağlımızda xoşagəlməz fikirlər yaranmışdı. Onun komandanı çətin vəziyyətdə qoyub, pula görə “Neftçi”ni seçdiyi bildirilirdi. Bu, oyun zamanı çalışdırıcının ünvanına təhqiramiz ifadələr səsləndirməyimizə gətirib çıxardı. Qarşılaşmadan sonra hər şeyi dərindən araşdırıb, aydınlaşdırdıq. Müəyyən oldu ki, Abasovun “Sumqayıt”dan ayrılma prosesində heç bir günahı olmayıb. Biz məsələni yanlış anlamışıq. Bu səbəbdən Ultras Sumqayıt ailəsi olaraq mütəxəssisdən və ailəsindən üzr istəyirik".
Xatırladaq ki, Abasov "Neftçi"yə oktyabrda elə məhz "Sumqayıt"dan keçmişdi.
Qeyd edək ki, görüş "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə nəticələnib - 2:0.
- "Çelsi" baş məşqçi axtarışında - NAMİZƏDLƏR BƏLLİ OLDU
- "Turan Tovuz" doğma meydana qayıdışını qələbə ilə qeyd etdi - YENİLƏNİB
- "Bavariya" 2012-ci ildən bəri ilk dəfə mövsümü kuboksuz başa vurdu
- Millinin baş məşqçisi: "Azarkeşlərin etimadını doğruldacağımıza inam böyükdür"
- Azər Bağırov: "Futbolçular çox şeyi düşünməlidi"