"Səbail" təlim-məşq toplanışı çərçivəsindəki görüşlərini yekunlaşdırıb
17.07.2024 - 21:48
"Səbail" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son görüşünü keçirib.
Apasport.az xəbər verir ki, "dənizçilər" "Ərzurumspor"la qarşılaşıblar.
Türkiyə Superliqa təmsilçisi ilə oyun 2:2 hesabı ilə nəticələnib. “Dənizçilər”in heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.
Bu hazırlıq müddətində komandalar arasında ikinci qarşılaşma olub. İlk görüşdə Ərzurum futbolçuları 3:2 hesabı ilə qalib gəlibər. Digər görüşdə Şahin Diniyevin yetirmələri "Hatayspor"la bərabərə qalıblar (1:1).
Qeyd edək ki, təlim-məşq toplanışını başa vuran "Səbail" sabah Bakıya yola düşəcək.
- Xavi “Vilyareal”ın futbolçusunu istəyir
- Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli olub
- Mehdi Hüseynzadə adına stadionun açılış matçında Hiss və Murad Arif çıxış edəcək
- Millimiz FIFA reytinqində mövqeyini yaxşılaşdırıb
- İtaliya Qran-prisi rekordlarla yadda qaldı, Azərbaycan Qran-prisi yaxınlaşır
0
0