“Səbail”də daha bir yeni müqavilə
04.06.2024 - 19:02
2024/25 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqaviləni yeniləyib.
Apasport.az xəbər verir ki, Samir Abdullayevlə 1 illik anlaşma əldə olunub.
Yarımmüdafiəçi ötən mövsüm komandanın heyətində Azərbaycan Premyer Liqasında 22, Azərbaycan Kubokunda 4 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 2 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, U-21 milli komandamızın üzvü 2022-ci ildən “dənizçilər”in formasını geyinir.
- Elmar Baxşıyev: "Özümü Kaxaberlə müqayisə etmək istəmirəm"
- Tomas Bax və Çunqvon Çu Azərbaycan Taekvondo Federasiyasında olublar - FOTOLENT
- Şəkidə “Enactus Dünya Kuboku Simulyasiyası 2024” düşərgəsi keçirildi
- “Quba” heyətini yeni oyunçu ilə gücləndirib
- ÇL: “Araz-Naxçıvan” Avstriya klubu ilə qarşılaşacaq
0
0