
“Səbail” Azərbaycan Kuboku tarixində ilkə imza atıb.
Apasport.az xəbər verir ki, Şahin Diniyevin yetirmələri iki ardıcıl oyunda fərqli rəqiblərin qapısına 6 və ya daha çox qol vurmağı bacaran ilk komanda olub.
Bakı klubu II təsnifat mərhələsində “Şəfa”nı 7:0, 1/8 finalda isə “Şamaxı”nı 6:0 hesabı ilə məğlub edib. 1992-ci ildən keçirilən Azərbaycan Kubokunda bunadək yalnız üç komanda ardıcıl iki oyunda 6 və ya daha çox qol vurub.
Lakin həmin komandalar eyni rəqiblə mərhələnin hər iki matçında məhsuldarlıq göstərib. 2003/04 mövsümündə “Şəfa” “Lider-Qarabağ”ı (14:0, 8:1), dörd il sonra “Gənclərbirliyi” “Ədliyyə”ni (6:1, 6:0), növbəti turnirdə “Simurq” Quba “Şahdağ”ını (7:1, 8:0) iki dəfə məğlubiyyətə uğradıb.
- Dörd gimnastımız Bakıdakı yarışda finala vəsiqə qazanıb
- "Fənərbaxça"nın Çempionlar Liqası heyəti açıqlanıb: Fred yoxdur
- "Fənərbaxça"nın "Qalatasaray"la bağlı etirazları bitmir - BƏYANAT
- "Fənərbaxça" Türkiyə millisinin üzvünü transfer etdi - Rəsmi
- 21-ci əsrdə Premyer Liqanın ən yaxşı 10 futbolçusu açıqlanıb