![Son 15 mövsümdə ilk](https://ww3.apasport.az/storage/news/2023/december/22/big/65856ca3abf0a65856ca3abf0b170324291565856ca3abf0865856ca3abf09.jpg)
Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “İrəvan” – “Araz-Naxçıvan” qarşılaşması 10 qolun vurulması ilə əlamətdar olub.
Apasport.az xəbər verir ki, bu, ölkə kuboku tarixində 10 və ya daha çox qolun qeydə alındığı ümumilikdə 15-ci matçdır. 1992-ci ildən keçirilən yarışda bunadək 14 belə yüksək məhsuldarlıq yaşanıb.
Son 15 mövsümdə isə ilk dəfə bir qarşılaşmada 10 qol vurulub. Sonuncu belə məhsuldar görüş 2008/09 mövsümündə baş tutub. 2008-ci il oktyabrın 30-da “Bakı” “Qafqaz Universiteti”nin qapısından 10 cavabsız top keçirib.
Qeyd edək ki, "İrəvan" bu matçda 2:8 hesabı ilə məğlub olub.