Serbiyanın Subotitsa şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib.
Apasport.az saytının məlumatına görə, 21 ölkədən 189 idmançının qatıldığı yarışın ilk günündə Azərbaycan millisinin 2 üzvü mərhələ adlayıb.
Daniel Xolostenko (71 kq) 1/8 final mərhələsində Anke (Hindistan) ilə qarşılaşıb. Gərgin keçən döyüş boksçumuzun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda fransalı Mobir Trbiçə üz-üzə gələcək. Qarşılaşma sentyabrın 16-da olacaq.
Səbuhi Əlizadə (+92 kq) də turnirə qələbə ilə başlayıb. 1/4 final mərhələsi çərçivəsində Mikita Maliuta (Ukrayna) ilə döyüşən boksçu rəqibinə 3:2 hesabı ilə qalib gəlib. Əlizadə yarımfinala yüksəlməklə özü üçün ən azı bürünc medalı təmin edib. O, finala gedən yolda qazaxıstanlı İvan Yermolenkonu sınağa çəkəcək. Döyüş sentyabrın 17-də keçiriləcək.
Qeyd edək ki, yarışda bu gün 3 boksçumuz mübarizəyə qoşulacaq. Turnirin qaliblərinin adına isə sentyabrın 18-də aydınlıq gələcək.
- Sane qol vurdu, Almaniya millisi qələbə qazandı
- İmişlidə işıq sistemi oğurlandı - "İnanırıq ki, DİN əməkdaşları məsələni həll edəcək"
- AFFA-nın inkişaf strategiyasının beş əsas hədəfi müəyyənləşib
- "Murov"dan növbəti qələbə
- “Sabah” Yusif İmanov qərarından narazıdır: Klub AFFA-nı qanunsuzluqda günahlandırdı