Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
"Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Meydan sahibləri son matçda qazanılan qələbənin davamını gətirmək arzusundadır.
Qonaqların isə aktivində qələbə yoxdur. Komanda bu seriyanı qırmaq niyyətindədir.
Misli Premyer Liqası
VIII tur
16 oktyabr (cümə)
“Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
SOCAR Polymer Arena, 19:00