“Sumqayıt” Braqadan cavab gözləyir
28.06.2023 - 16:37
“Sumqayıt” heyətinə yeni futbolçu qatacaq.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Vasko Braqanın keçidini həll etməyə yaxındır.
“Penafiel”in yarımmüdafiəçisinin transferi ilə bağlı danışıqlar davam edir. Bu yay azad agent statusu alacaq 29 yaşlı portuqaliyalı Azərbaycanda oynamağa ilkin razılıq verib. Əgər tərəflər maliyyə məsələsində razılıq əldə etsə, Vasko “Gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Braqa karyerası ərzində “Varzim”, “Vianense”, “Vilaverdense”, “Merelinense” klublarında çıxış edib.
- Premyer Liqa: “Aston Villa” “Tottenhem”i evə xalsız yola salır
- Qurban Qurbanov: "10 milyon azərbaycanlı bizimlədir" - MÜSAHİBƏ
- “Araz-Naxçıvan”ın futbolçusu: “Meydana yaxşı nəticə üçün çıxacağıq”
- "Nottingem" transfer çalışmalarına start verdi: "Yuventus"dan iki hücumçu
- Emreli növbəti dəfə fərqləndi - VİDEO
0
0