"Sumqayıt" - "Qarabağ" matçında mövsümün rekordu qırıldı
29.04.2024 - 10:10
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun "Sumqayıt" - "Qarabağ" matçını 9300 azarkeş izləyib.
Apasport.az xəbər verir ki, bu, tamaşaçı sayına görə 2023/2024 mövsümünün yeni rekordudur.
Bundan öncəki göstərici isə yenə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qeydə alınıb. XXI turun "Sumqayıt" - "Neftçi" qarşılaşmasında 8100 azarkeş komandasına dəstək olub.
Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü ev sahibinin çempion üzərində qələbəsi ilə başa çatıb - 1:0.
- Kol Palmer: "Mançester Siti"nin Əlindən Qaçırdığı İstedad
- Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib - FOTO
- Zaur Həşimov: "Qarabağ"ın itirəcək bir şeyi yoxdur" - Müsahibə
- Turan Daşdəmirovdan gümüş medal
- “Dinamo”nun futbolçusu: “Boqomolski karyerasına gözümün önündə başlayıb” - Müsahibə
0
0