“Sumqayıt” Zirədən qələbə ilə döndü
14.10.2023 - 17:48
![“Sumqayıt” Zirədən qələbə ilə döndü](https://ww3.apasport.az/storage/news/2023/october/14/big/652a997e22370652a997e223711697290622652a997e2236e652a997e2236f.jpg)
“Zirə” və “Sumqayıt” arasında yoxlama oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Misli Premyer Liqasında yaranan fasilə dövründə üz-üzə gələn rəqiblər Zirə İdman Kompleksinin stadionunda qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. İkinci hissənin sonlarında fərqlənən Kamran Quliyev Sumqayıtın eyniadlı klubuna qələbə qazandırıb – 1:0.
Bu komandaların çempionatdakı görüşü VI tura təsadüf edib. Zirədəki matçda meydan sahibləri eyni hesabla qalib gəlib.
Qeyd edək ki, “Zirə” I dövrədən sonra çempionatın lideridir.
0
0