Konfrans Liqası: "Zirə"nin rəqibi bəlli olub
02.08.2024 - 10:54
UEFA Konfrans Liqasında mübarizə aparan “Zirə”nin növbəti rəqibi bəlli olub.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi 3-cü təsnifat mərhələsində Xorvatiyanın “Osiyek” komandası ilə üz-üzə gələcək.
İlk matç avqustun 8-i səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.
Qeyd edək ki, “Osiyek” 2-ci təsnifat mərhələsində Estoniyanın “Levadia” klubunu mübarizədən kənarlaşdırıb. Xorvatlar iki oyunun nəticəsinə əsasən, 6:1 hesablı qələbəyə sevinib.
- Boksçumuz II Dünya Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlib
- Jurnalistlər arasında "Zəfər Kuboku" keçiriləcək
- Bakıda Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasimi KEÇİRİLİB
- “İnter”in futbolçusu Fransa klubunda
- Qurban Qurbanov: “Futbolçularım qalib gəlmək üçün ən yaxşısını etməyə çalışdılar”
0
0