“Sumqayıt”dan növbəti transfer
05.08.2026 - 13:26
“Sumqayıt”dan növbəti transfer

2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu keçidini reallaşdırıb.

Apasport.az xəbər verir ki, komanda son klubu Braziliyanın “Ferroviario” kollektivi olan yarımmüdafiəçi Lukas Blek ilə 2 illik müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu “55” nömrəli formada çıxış edəcək.