“Sumqayıt”dan qolsuz bərabərlik
07.08.2026 - 20:46
“Sumqayıt”dan qolsuz bərabərlik

“Sumqayıt” bu gün Qəbələ toplanışı çərçivəsində son yoxlama oyununu keçirib.

Apasport.az xəbər verir ki, komanda Qəbələ şəhər stadionunda Qətər təmsilçisi “Əl-Xaraitiyat” ilə qarşılaşıb.

Öncədən əldə olunmuş razılığa əsasən ilk hissəsi 40, ikinci hissəsi isə 35 dəqiqə davam edən matçda hesab açılmayıb - 0:0.